Cümə axşamı , Sentyabr 10 2026
azfa

Molla rejimi mis yatağını talamaqla Vərziqanda ekoloji fəlakətə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mis yatağını talamaqla Vərziqanda ekoloji fəlakətə səbəb olub.

Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində yerləşən “Süngün” Mis Mədəninin zəhərli tullantıları İlqına çayına buraxıldığı üçün bölgədə ekoloji fəlakət baş verib.

Yerli ekofəalların yaydığı məlumatda deyilir ki, artıq çay və çayın yatağı ciddi şəkildə çirkləndirilib.

Azərbaycanlı ekofəallar bölgə təbiətinin bundan artıq ekoloji problemə dözə bilmədiyini, ekoloji fəlakətin miqyasının genişləndiyini yazıblar: “Mis mədənlərinin ekoloji məsələlərə və standart qaydalara əməl etməməsi, ərazidəki mədənlərin istismar səviyyəsinin genişlənməsi Qaradağ meşələrinin daha çox məhv olmasına və vəhşi təbiətin daha ciddi problemlərlə üzləşməsinə səbəb olur”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan mədənləri talamaqla regionun sərvətlərini farslar yaşayan bölgələrə daşıyır, Güney Azərbaycana isə ekoloji fəlakət miras qoyur.

https://t.me/GADTB1/34709

Həmçinin yoxlayın

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat …

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) …