Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Güney Azərbaycanda Öyrənci Hərəkatının il dönümü münasibəti ilə vərəqələr paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 1995-cı il mayın 8-də  başlamış öyrənci Hərəkatının il dönümü münasibəti ilə Təbrizdə azərbaycanlı milli fəallar vərəqələr hazırlayaraq divarlara yapışdırıblar.

Vərəqələrdə Güney azərbaycanlıların tarixən İran şovinizmindən əziyyət çəkdiyi vurğulanır.

“Haray, haray, mən türkəm” şüarları ilə şovinist rejimin dayaqlarını laxlatdığını bildirən güneylilər bundan sonra da müqavimət və mübarizəni davam etdirəcəklərini bildirirlər.

1995-ci ildə İranın panfarsist hakimiyyətinin Güney Azərbaycan türklərinə qarşı təhqir edici siyasətlərindən biri kimi İranın Dövlət Radio və Televiziya Cəmiyyəti Tehran şəhərində yazılı sorğu həyata keçirmişdir.

Sosial məsəfə saxlama başlığı ilə hazırlanmış anketdə Azərbaycan türklərə qarşı ölkədə alçaldıcı atmosferin formalaşması məqsədi ilə “siz türklərlə bir binada yaşamaq istəyərsizmi?”, “siz bir türklə evlənərmisinizmi?” və bu kimi rasist sorğular ünvanlanmışdır.

Bu isə haqlı olaraq Güney Azərbaycanda kütləvi etirazlara səbəb olmuşdur.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …