Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı fəal Salar Tahir Əfşar cəzasını çəkmək üçün Təbrizdə zindana salındı

GADTB: Azərbaycanlı fəal Salar Tahir Əfşar dünən 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına salınıb.

Həmin azərbaycanlı vətəndaş fəalın bacısı Seuda Tahir Afşar İnstaqram səhifəsində bir xəbəri dərc edərək cənab Tahir Əfşarın cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına getdiyini açıqlayıb.

Azərbaycanlı reper Milad Cəlili (İlşən) də dünən Təbrizdə zindana salınıb.

Qeyd edək ki, azərbaycanlı fəal Salar Tahir Əfşar özünün şəxsi əşyaları ilə yanaşı, bacısına məxsus mobil telefon və avtomobilinin sənədləri də müsadirə edilmişdi.

Tanınmış türk rep ifaçısı Milad Cəlili – Elşən isə keçən il noyabrın 27-də molla rejimin azərbaycanlı milli fəalları kütləvi həbs etməsinə etiraz olaraq hazırladığı rep mahnısını ifa edərək “İnstagram” səhifəsində paylaşdığı üçün yaxalanmışdı.

Milad Cəlili (İlşən) Təbrizdə rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilmiş və həbsindən bir neçə həftə sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdür.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …