Cümə axşamı , Aprel 30 2026
azfa

Muğanda tarixi Oltan abidəsi məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsində neçə min il tarixiə malik olan Oltan qalası baxımsızlıq üzündən məhv olmaq üzrədir.

Azərbaycanlı fəalların sözlərinə görə, Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatının məsuliyyətsizliyi nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.

Bundan əvvəl tarixi qalanın yerləşdiyi ərazidə qanunsuz tikinti işləri aparılıb, yol çəkmək bəhanəsi ilə tarixi məkanın bir hissəsi dağıdılıb.

Hazırda isə oxşar fəaliyyətlərin davam etdirilməsi ilə yanaşı, qalanın müxtəlif yerlərində naməlum şəxslərin qazıntı işləri apardığı aşkar edilib.

Yerli sakinlər qazıntıların tarixi əsər qaçaqmalçıları tərəfində aparıldığını, əlaqədar dövlət qurumlarının tədbir görmədiklərini bildiriblər.

Qeyd edək ki, Oltan qalası Muğan düzündə, Araz çayının güney sahilində, Ərdəbil əyalətinin Ultan kəndindən günbatarda, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir.

Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub 33 hektar sahəni əhatə edir.

Bir sıra tədqiqatçılar Ultan qalasının Parfiyalılar, bəziləri isə Sasanilər dövründə inşa edildiyini ehtimal edirlər.

Qala Nadir şahın hakimiyyəti dövrünə kimi qorunub saxlanmış, ancaq sonralar ruslarla aparılan müharibələr nəticəsində dağılaraq xarabalığa çevrilmişdir.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …