Cümə axşamı , Avqust 27 2026
azfa

İmza toplama kampaniyası: “Azərbaycanlı fəalların məhkəməsi açıq və şəffaf keçirilməlidir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda “Milli fəalların məhkəmələri açıq və şəffaf keçirilməlidir” aksiyasına dəstək üçün petisiya imzalanıb və ictimai dəstək mərhələsinə başlanılıb.

Petisiyada yazılıb: “Şüarlarından biri azadlıq olan 1979-cu il inqilabından 45 il keçsə də, İranda İnqilab Məhkəmələri hələ də keçirilir. Yenə hər il çoxlu sayda siyasi fəal üzdə təhlükəsizlik ittihamı ilə saxlanılır, mühakimə olunur, həbsə atılır, habelə daha ağır ittihamlarla edam edilir. İranın Məhkəmə Sistemi onları açıq, qeyri-şəffaf, qapalı şəkildə həbs və digər cəzalara məhkum edir”.

Petisiyanı imzalayan milli fəallar qeyd ediblər ki, onlar məhbusların və siyasi fəalların gizli mühakimə edilməsinə qarşıdırlar. Onların məhkəmə proseslərinin canlı olaraq televiziya kameraları qarşısında və həqiqi andlı heyət, vəkillər, hüquq müdafiə təşkilatlarının nümayəndələri və media mənsublarının iştirakı ilə keçirilməsini tələb ediblər.

Hazırda 763 siyasi və mədəni fəal imzatoplama kampaniyasına qatılıb və “Azərbaycanlı fəalların məhkəməsi açıq və şəffaf keçirilməsi”nə dəstək veriblər.

İmzatoplama kampaniyası davam edir və istəyənlər aşağıdakı linkdən imzatoplamaya qatıla bilərlər:

https://chng.it/rgtBKG2XsS

Həmçinin yoxlayın

Yəmən Hərbi Dəniz Qüvvələri: SEPAH-ın husilərə göndərdiyi pilotsuz uçuş aparatı avadanlığı olan yükü ələ keçirmişik

GADTB: Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının hazırlanması üçün avadanlıq daşıyan bir …

Analitik: “Vaşinqton Zəngəzur layihəsi ilə bağlı İranı sakitləşdirməyin yolunu tapıb”

GADTB: ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP …