Cümə axşamı , Oktyabr 15 2026
azfa

BMT: “Ötən il İranda edamların sayı artıb”

GADTB: Dünən BMT-nin baş katibi Antonio Quterreş İranda edamların sayının artması ilə bağlı narahatlığını dilə gətirərək bildirib ki, 2023-cü ildə bu ölkədə ən azı 834 nəfər dar ağacından asılıb.

O, 2022-ci illə müqayisədə ötən il edam göstəricilərində 43% artım olduğunu vurğulayıb.

BMT-nin İnsan Haqları Şurasının hazırladığı hesabat 2023-cü il avqustun 1-dən 2024-cü il martın 31-dək olan dövrü əhatə edir. Hesabata əsasən, 2022-ci ildə İranda edam sayının ən azı 582 olduğu təxmin olunub.

Bu hesabatda Quterreş əlavə edib ki, 2023-cü ildə edamların ümumi sayından ən azı 471 edam cəzası narkotiklə əlaqəli cinayətlərlə bağlıdır.

Bu rəqəm 2022-ci ildə narkotiklərlə bağlı bildirilən 256 edamla müqayisədə 84% artımı üzə çıxarıb./Azad Iran

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …