Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Güney Azərbaycanın Qəzvin bölgəsində avtomobil şirkətinin aldadılmış səhmdarları etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Qəzvin bölgəsində müflis olmuş “Rezayət Khodro” şirkətinin aldadılmış səhmdarları etiraz aksiyası keçiriblər.

Məlumata görə, etirazçılar Qəzvin valiliyinin binası qarşısında və Nadiri küçəsində toplaşaraq oturaq aksiya keçiriblər.

Aldadılmış səhmdarlar aksiyada rejim əleyhinə şüar da səsləndiriblər: “Rəhbər (Xameneyi) oğurladı, hökumət dəstəklədi!”

Alsiya iştirakçıları bildiriblər ki, dəfələrlə etiraz etmələrinə baxmayaraq, onların pulları geri qaytarılmayıb.

Qəzvin əyalətində rejimin Prokurorluğunun da “Rezayət Khodro” şirkətinin fırıldaqçı rəhbəri Məhəmmədrza Qaffarinin mühakimə olunması ilə bağlı verdiyi vədlər indiyədək yerinə yetirilməyib.

Video:

https://t.me/GADTB1/35829

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …