Azərbaycanlı repçi Milad Cəlili (Elşən) Təbriz həbsxanasından girov müqabilində elektron qandalla azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbriz Mərkəzi zindanında 8 aylıq həbs cəzasını çəkən azərbaycanlı repçi Milad Cəlili (Elşən) 98 gündən sonra 100 milyonluq girov müqabilində elektron qandalla Təbriz zindanından azad edilib.

Azərbaycanlı repçi Milad Cəlili Kərim İsmayılzadə və Salar Tahir Əfşarla birlikdə Təbriz həbsxanasında aclıq aksiyasını dayandırandan bəri onun görüşünə və telefon danışığına qadağa qoyulmuşdu.

Qeyd edək ki, Cəlili siyasi rep ifa etdiyi üçün həbs cəzası alıb və cəzasını Təbriz həbsxanasında çəkib.

O, Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində “Pantürk separatçı məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə İran İslam Respublikası əleyhinə təbliğat aparmaq”da ittiham olunub və 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …