GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, on mərtəbəli binanın uçduğu Abadan, Buşehr, Şahinşəhr, Mahşəhr, Ümidiyyə və s. şəhərlərdə İranın molla rejiminə qarşı etirazlar keçirilib. Onlar irqçi molla rejiminə qarşı şüarlar səsləndiriblər.
Dünən axşam molla rejiminin qaniçən məmurları Abadanda əhalinin dinc etiraz mitinqinə hücum edərək güllə və gözyaşardıcı qazla etirazçılara divan tutub.
Əl-əhvazın Ümidiyyə və Mahşəhr şəhərlərində əhali küçələrə axışaraq rədd olsun cinayətkar Xamennnei rejimi şüarı səsləndiriblər.
Əsasən qaşqay türklərinin yaşadığı İsfahanın Şahinşəhr şəhərində də əhali küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər.
İran rejimi Məşurda keçirilən etirazçıları qorxutmaq və izləyərək tutmaq məqsədilə dronlar uçurub.