Şənbə , Avqust 15 2026
azfa

Abbas Lisani: “Bu millətin haqq tələblərini qanla boğan əfv etməyə layiq deyil”- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal Abbas Lisani Ərdəbildəki evində Güney Azərbaycanın müxtəlif bölgələrində onun görüşünə gedən azərbaycanlı fəallar qarşısında çıxış edərək bir sıra mühüm məsələlərə toxunub.

Abbas Lisani martın 3-də keçirilən görüşdə molla rejiminin son əfv fərmanını onun millətin iradəsi qarşısında geri oturması kimi dəyərləndirib.

Xoy zəlzələsindən zərər çəkənlərlə bağlı da fikirlərini dilə gətirən Abbas bəy deyib: “Xoy zəlzələsindən zərər çəkənlərə Azərbaycanın bütün bölgələrindən edilən geniş yardımlar millətin milli oyanışının nümunəsidir. Xoy hadisəsində hakimiyyətin uzun illərdən bəri xalqımız arasında dağınıqlıq yaratmaq üçün həyata keçirmək istədiyi siyasətlərin darmadağın olduğunu şahidi olduq.

Millətimizin səbirsizliklə dövlətləşməyə doğru can atdığını, Xoy zəlzələsində təşkilatlanmış formada hərəkət edərək buna layiq olduğunu gördük”,- o, bildirib.

Lisani son etiraz aksiyaları və həbs edilənlərin barəsində çıxarılan əfv fərmanı ilə bağlı da düşüncələrini bölüşüb.

“Bu əfv deyildi, sadəcə hakimiyyətin xalqın qarşısında geri oturması idi. O şəxs əfv fərmanı verə bilər ki, küçələrdə etirazçıəların qanını tökməsin.

Etirazçı qadın və kişiləri qanına bulayıb və sonra əfv fərmanı imzalamaq riyakarlıqdır. Bu əfv xalqın qarşısında baş əyməkdir. Ümid edirəm o başların əyilməsi davamlı olsun. Iks təqdirdə artıq əyməyə başları da qalmayacaq”,- deyə, Lisani hakimiyyətin ıəfv fərmanını şərh edib.

Fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani “məcburi sürgün hökmünə tabe olmayacağam” fevralın 23-də Ərdəbilə geri dönüb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …