Çərşənbə axşamı , İyun 18 2024
azfa

Abbas Lisani kəskin bel ağrısı səbəbindən xəstəxanaya aparıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Abbas Lisani kəskin bel ağrıları səbəbindən xəstəxanaya yerləşdirildi.

Azərbaycanlı siyasi məhbus noyabrın 7-i axşam saat 18-də kəskin bel ağrısı səbəbindən Ərdəbildəki rejimin zindanından İmam Əli xəstəxanasına aparılıb.

Mütəxəssis həkim müayinə etdikdən sonra dərhal cərrahi əməliyyat lazım olduğunu bildirib.

Qeyd edək ki, bundan bir neçə ay öncə azərbaycanlı siyasi məhbus Abbas Lisani əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və rejimin Ərdəbildəki prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilərək avqustun 27-i günorta saatlarında zindana salınmışdı.

Həmçinin yoxlayın

Sosial çəbəkələrdə azərbaycanlı milli fəalın əsərləri yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 5 aya yaxındır Tehranın Evin …

Fransa Ermənistana daha güclü silahlar verməklə bu ölkəni müharibəyə sövq edir- Video

GADTB: Fransa Ermənistana SEZAR (CAESAR) haubitsalarını verəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X …