Bazar ertəsi , Mart 24 2025
azfa

Abbas Lisani: “Təbriz bütün Azərbaycanın döyünən ürəyidir”

GADTB: Tanınmış azərbaycanlı siyasi məhbus və milli fəal Abbas Lisani azərbaycanlı fəallarla görüşdə yerlibazlıq və şəhərçilik məsələsi ilə bağlı çıxış edərək, deyib: “Güney Azərbaycanda hər bir şəhər və bölgənin öz yeri var, biz hamımız çalışmalıyıq ki, Güney Azərbaycanın böyüklüyünə xələl gəlməsin. Təbriz tarixdə həmişə olduğu kimi Azərbaycan millətinin alınmaz qalası olaraq yenidən öz qüdrətinə və əzəmətinə qovuşsun”.

Abbas Lisani milli hərəkat fəalları ilə görüşdə irqçi fars-molla rejimin və ümumiyyətlə fars şovinizminin Azərbaycanda şəhərlər arasında ixtilaf yaratma planına toxunub və deyib: “Diqqət etməliyik ki, son yüz ildə fars şovinizminin mədəni transformasiya, Azərbaycan millətinin kimliyini və varlığını ortadan qaldırmaq üçün istifadə etdiyi alətlərdən biri də şəhərçilik məsələsidir. Nəticədə Güney Azərbaycanın müxtəlif şəhər və bölgələri arasında düzgün olmayan rəqabət və özlərinin anti-Azərbaycan siyasətinin həyata keçirilməsinə zəmin yaradıblar”.

O deyib ki, “Təbriz bütün Azərbaycanın döyünən ürəyidir və təbrizli milli fəallar bu məsələnin əhəmiyyətini başa düşməli və olduqca məsuliyyətlə hərəkət etməlidirlər”.

https://t.me/GADTB1/34314

Həmçinin yoxlayın

Qorxuya düşən molla rejimi ABŞ-la barışıq üçün terrorçularını sakitliyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ciddi təhlükə hiss edən molla rejimi ABŞ-la barışıq …

Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi Yaz bayramı şənliyi təşkil ediblər- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün mart ayının 23-də Avstraliya Azərbaycan Assosiasiyası …