Cümə axşamı , Avqust 18 2022
azfa

Abbas Lisani Təbriz universitetlərinin öyrənciləri ilə görüş; ikinci hissə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz universitetlərinin bir qrup öyrəncisi və Azərbaycan Universitetləri Birliyinin üzvləri tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə görüşüblər.

Öyrəncilərin suallarını cavablandıran Abbas Lisani virtual məkanın zərərlərini tanımaq üçün öyrənci fəalları diqqəti olmağa çağırıb.

Abbas Lisani hazırkı dövrdə virtual məkanın və sosial medianın əhəmiyyətindən danışaaraq, İran dövlətinin bu sahədə təxribatçı hərəkətlərinə və Azərbaycanda milli məsələsini gözdən salınması cəhdlərinə aydınlıq gətirib.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani deyib: “Şübhəsiz ki, virtual məkanın faydaları heç kimə gizli deyil və ondan bütün xalqlar və hökumətlər faydalanıb. Virtual məkanın ən böyük faydası və üstünlüyü ondan ibarətdir ki, istər kapital, istər hərbi, istərsə də hökumət gücü baxımından xəbər və medianı hökmdarların monopoliyasından çıxarır. Virtual məkan o dərəcədə inkişaf edib ki, geniş ictimaiyyət azad məlumat əldə edə bilsin və bu məsələ iqtidarda olanların və medianı inhisara alanların narahatlığına səbəb olub. Buna görə də informasiyanın süzgəcdən keçirilərək sərbəst dövriyyəsinin qarşısını almağa başladılar. Bu və başqa üsullardan istifadə etdikdən sonra cəhalət mənbələrinin bu texnologiyaya qarşı müqavimət göstərə bilməyəcəyini anladılar”.

Azərbaycanlı siyasi məhbus totalitar rejimlərin kiber ordu yaradaraq insanlar arasında fikir mübadiləsinə kömək edən və insanların siyasət, cəmiyyət, texnologiya və elm sahələrində inkişafına səbəb olan bu məkana qarşı öz qüvvələrini səfərbər edib, insanlarda çaşqınlıq yaratmağınaq toxunaraq deyib: “Bir tərəfdən millətin qayğısına qalan ideyalı insanları təhdid edilir, başqa bir tərəfdən isə satılmış fürsətçi adamlara şərait yaradıb, əxlaq problemləri olan şəxsləri fəallaşdıraraq Azərbaycan milli hərəkətini çirkləndirməyə çalışırlar.

Uzun illər boyu milli fəalları təhdid və mühakimə edib, təzyiqlərə məruz qoyub və virtual məkana sövq etdilər. Sonra isə bu virtual məkanı çirkləndirməyə çalışıb, məsələninin ciddiliyini zədələyib və Azərbaycan milli hərəkətini qeyri-ciddi göstərmək, gözdən salmaq istəyirlər”.

Qeyd edək ki, bu Abbas Lisaninin öyrəncilərlə görüşdə çıxışının ikinci hissəsi idi.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin …