Şənbə , İyul 20 2024
azfa

Abbas Lisani: “Tələblərim yerinə yetirilməsə, gələn şənbə günündən aclıq aksiyasına başlayacağam”

Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani tələblərinin yerinə yetirilmədiyi təqdirdə növbəti şənbə günündən aclıq aksiyasına başlayacağını deyib.

Molla rejimi tərəfindən Ərdəbildə yerləşən zindanda həbsdə saxlanılan Abbas Lisani yaxınları ilə telefon danışığında təhlükəsizlik qurumları tərəfindən müdaxilələrin davam edəcəyi təqdirdə o, növbəti şənbə günündən aclıq aksiyasına başlayacağını bildirib.

Məlum olub ki, həkim-ekspertizası onun tibbi məzuniyyəti haqqında rəyini geciktirir.

Azərbaycanlı siyasi məhbus yaxınları ilə söhbətində əlavə edib ki, adekvat və effektiv tibbi xidmətin olmaması ilə yanaşı, son vaxtlar Ərdəbil zindanına gətirilən cinayət məhbuslarından bir neçəsi onun saxlandığı palataya köçürülüb. Onlar metadon və digər narkotik vasitələrdən istifadə etdikdən sonra təxribat xarakterli hərəkətlərə əl ataraq onu və palatadakı digər məhbusları narahat edirlər.

Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir. Halbuki, Abbas Lisanini müayinə edən həkimlər onun sağlıq durumunun ağır olduğu və yenidən əməliyyata ehtiyac olduğunu bildirmişdilər

Azərbaycanlı siyasi məhbus Abbas Lisani keçən il əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və rejimin Ərdəbildəki prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilərək avqustun 27-i günorta saatlarında zindana salınmışdı.

Abbas Lisani 2019-cu ilin iyul ayında 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …