Şənbə , İyul 13 2024
azfa

Abbas Lisaninin tənəffüs sistemi zədələnib; həkimlər təcili xəstəxanaya köçürülməli olduğu deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən zindanında koronavirusa yoluxan azərbaycanlı siyasi məhbus ‍Abbas Lisaninin tənəffüs sistemi zədələnib və həkimlər təcili xəstəxanaya köçürülməli olduğu deyir. Lakin rejim onun müalicəsinə icazə verməməklə azərbaycanlı siyasi məhbusun həyatına qəsd edir.

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin həbsxana yoldaşı Yousif Kari  dekabrın 7-də yaxınları ilə telefon əlaqəsi zamanı bildirib ki, Abbas Lisani dünən gecə və bu gün səhər kəskin ağciyər problemləri, öskürək, nəfəs çatımazlığı, yüksək qızdırma, kəskin əzələ ağrııları zindanın klinikasında müayinə edilib.

Həkimlər ona yalnız şirop, bromeksin, asetaminofen həbləri və tənəffüs spreyi veriblər. Həkimlər Abbas Lisaninin vəziyyətinin ağır olduğuna görə zindandan kənar xəstəxanaya göndərilməsi ilə bağlı müvafiq orqanlara rəy göndərdiklərini bildirblər.

Zindanın klinikası Abbas Lisaninin vəziyyətinin pisləşməsinin qarşısını ala bilmədikləri üçün məsuliyyət daşımaq istəmirlər. Onlar ümid edirlər ki, rəsmilər durumun ağır olduğunu nəzərə alaraq, onun ciddi müalicəsi üçün xəstəxanaya köçürülməsi haqqında daha tez qərar qəbul edəcəklər.

Qeyd edıkk ki, irqçi fars rejimin Ərdəbildə yerləşən zindanının 7-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusu Abbas Lisani koronovirusa yoluxduğuna görə həyatı təhlükədədir.

Abbas Lisaninin məhbus yoldaşı Yusif Kari ailəsi ilə dekabrın 5-də telefon danışığı zamanı bu barədə məlumat verib. O, gecə Abbas Lisaninin ümumi vəziyyətinin ağır olduğunu bildirib. Zindan rəsmiləri isə zindanda imkanların zəif olduğunu bildirirlər. Bu səbəbdən fəalın həyatı təhlükə qarşısındadır. Rejim isə azərbaycanlı siyasi məhbusu məzuniyyətə buraxmır.

Zindan rəsmiləri bildiriblər ki, həbsxananın tibb mərkəzində mövcud olan imkanlar ancaq bundan ibarətdir. Müalicə üçün nəzərdə tutulan tibbi məzuniyyət isə onların səlahiyyətindən qıraqdadır.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …

Bir cavab yazın