Bazar ertəsi , İyul 26 2021
azfa

Abbas Lisaniyə dəstək məqsədilə azərbaycanlı siyasi məhbus Yusif Kari aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin aclıq aksiyasına başlaması ilə ona dəstək məqsədilə azərbaycanlı siyasi məhbus Yusif Kari aclıq aksiyasına başladı. Artıq azərbaycanlı siyasi məhbus bu gün iyunun 12-si səhər saatlarından aclıq aksiyasına başlayıb.

Yusif Kari ailəsi ilə telefon danışığında Abbas Lisaninin haqlı tələblərini dəstəkləmək məqsədilə aclıq aksiyasına qoşulduğunu bldirib.

Yusif Kari bildirib ki, ağır cinayətlər törətmiş cinayətkarların siyasi məhbusların kameralarına köçürülməsinə etiraz edir və Abbas Lisaninin haqlı tələblərini dəstəkləyir.

Qeyd edək ki, Yusif Karı yanvar ayının 13-də təhlükəli məhkumların siyasi məhbusların saxlanıldığı bölməyə köçürülməsinə, tibbi məzuniyyət istədiyi üçün həbsxana rəhbərliyi və məsul nəzarətçinin təhqirlərinə məruz qalmasına etiraz olaraq aclıq aksiyası keçirmişdi.

Sonradan quru aclıq aksiyasına keçən Yusif Karinin tələbləri qarşısında zindan məsulları geri çəkildi. Siyasi fəal 8 gündən sonra aksiyasını dayandırdı.

Həmin dövrdə Abbas Lisani başda olmaqla rejimin zindanlarında həbsdə saxlanılan 7 azərbaycanlı siyasi məhbus Yusif Kariyə dəstək məqsədilə aclıq aksiyasına başlamışdı.

Azərbaycanlı siyasi məhbus Yusif Kari 2019-cu il  sentyabrın 3-də yaxalandıqdan sonra Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilmişdi. Həmin qərar Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi tərəfindən 2 il həbs cəzasına endirilib.

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …