Cümə axşamı , May 1 2025
azfa

ABŞ Almaniyadan Ermənistana hərbi texnika göndərir

GADTB: ABŞ yüzlərlə hərbi texnika və nəqliyyat vasitəsini Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara köçürməyə hazırlaşır.

ABŞ dövlət satınalmaları portalında yer alan məlumatlara görə, bu proses 16 iyul – 7 avqust tarixlərində baş tutacaq.

Məlumata əsasən, ABŞ ordusunun maddi-texniki təminat komandanlığı Almaniyanın Dülmen şəhərində yerləşən bazadan Ermənistandakı Zar bazasına avadanlıq daşınmasını planlaşdırır.

Analitiklər bu əməliyyatın Pentaqon və Ermənistan ordusu arasında planlaşdırılan birgə təlimlərlə əlaqəli ola biləcəyini bildirirlər. Bu addım bölgədə yeni geosiyasi gərginliyə səbəb ola bilər.

Həmçinin yoxlayın

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak etdi

GADTB: Türkiyənin Marmaris şəhərində keçirilmiş KURTARAN-2025 sualtı axtarış və xilasetmə təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin …

Pezeşkianın Bakıya səfərindən öncə İran Azərbaycana qarşı tədbir keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın Bakıya səfərindən öncə aprelin 24-də İranın Qum …