GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp Çindən olan alimlər və tələbələrin texnoloji oğurluq və dağıdıcı əməllərinə görə ölkəyə gəlişini məhdudlaşdırıb.
Trampın imzaladığı sərəncamda çinli alimlər və tələbələrin ABŞ təhlükəsizliyinə təhdid yarada biləcəyi qeyd olunub.
Sənəddə Çinin yaxşı maliyyələşmiş kampaniya ilə ABŞ-ın əqli mülkiyyətini və məxfi texnoligiyalarını ələ keçirmək istədiyi vurğulanıb. Qadağanın həmçinin ABŞ-da tədqiqat aparan çinli aspirant və elmlər namizədlərinə də aid ediləcəyi qeyd edilib.
Qeyd edək ki, Tramp ötən gün ABŞ-ın Çinin təsirinə düşmüş Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə də bütün əlaqələrini dayandırıb.