ABŞ-dən İrana xəbərdarlıq: “Qərar hələ verilməyib”

GADTB: Dünən Yaxın Şərqdə ABŞ-nin hərbi mövcudluğu artmaqda davam etdiyi bir vaxtda, ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün addımlarla bağlı hələlik yekun qərarın verilmədiyini açıqlayıb.

Tramp Air Force One təyyarəsində jurnalistlərə bildirib ki, ABŞ-yə məxsus “çox böyük və güclü” hərbi gəmilər və aviadaşıyıcılar İran istiqamətində irəliləyir. Bununla belə, o, vəziyyətlə bağlı bütün variantların açıq qaldığını vurğulayıb və tərəflər üçün “məqbul” bir razılaşmanın əldə olunacağına ümid etdiyini deyib.

Vaşinqtonun mümkün hərbi əməliyyatlardan geri çəkilib-çəkməyəcəyi ilə bağlı suala cavab verən Tramp qeyd edib ki, bəzi dairələr bu addımın Tehranı daha da cəsarətləndirəcəyini düşünür, digərləri isə bununla razılaşmır. Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və əgər bu hədəf danışıqlar yolu ilə təmin olunarsa, diplomatik variant nəzərdən keçirilə bilər. (Independent Persian)

Eyni zamanda ABŞ qüvvələri yaxınlaşdığı halda İran raket sınaqları keçirir.

İran ölkənin bir neçə bölgəsində raket sınaqları keçirib. Yerli və sosial media məlumatlarına görə, Kərəc, Xuzistan və İsfahan şəhərləri üzərində orta mənzilli raketlər, Ərak şəhəri yaxınlığında isə “Fateh” tipli uzaq mənzilli raketlər sınaqdan çıxarılıb.

Raket sınaqları zamanı çəkilən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb. Kadrlarda raketlərin havaya buraxılması və uçuş trayektoriyası əks olunub.

Sınaqlar ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı və İran ətrafına əlavə hərbi qüvvələr topladığı bir dövrə təsadüf edir./ Azad İran

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …