
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-da 41-ci “Türk Günü Yürüşü” keçiriləcək. Tədbir 17-18 may tarixlərində ABŞ-nin Nyu-York şəhərində baş tutacaq.
“Türk Günü Yürüşü” Tükiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsinin koordinasiyası ilə təşkil ediləcək.
İdarənin verdiyi açıqlamaya görə, ilk dəfə 1981-ci ildə erməni terror təşkilatı ASALA tərəfindən ABŞ-də türk diplomatlarının şəhid edilməsinə verilən reaksiya olaraq təşkil edilən və sonrakı illərdə ənənə halını alan “Türk Günü Yürüşü” bu il 41-ci dəfə keçiriləcək.