Şənbə , Dekabr 21 2024
azfa

ABŞ donanması İran adlanan ölkəni nəzarətə götürdü

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, İran adlanan ölkəni qarşıda çox çətin və ciddi sınaqlar gözləyir. Bu sözləri Azərbaycanda sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, sanksiyalar İranda inflyasiyanın dərinləşməsinə, kapital axınına, əhalinin maddi rifah halının və ölkənin milli gəlirlərinin azalmasına gətirib çıxaracaq:

“Altı ay ərzində İranın neft hasilatı yarı-yarıya azalacaq. Bu gündən İran gəmilərinin Hörmüz boğazından neft çıxarması qadağan edilib. Belə ki, ABŞ-ın böyük dəniz ekipajı və təyyarədaşıyan gəmiləri boğaza ciddi surətdə nəzarət edir. Bu nəzarət həmçinin kosmosdan da həyata keçirilir. Beləliklə, İran üzərində çox böyük bir nəzarət mexanizmi qurulub. ABŞ-ın İrana qarşı genişmiqyaslı həmləsi hələ ki, neftlə bağlı məsələləri əhatə edir. İran danışıqlar masasına gəlməsə, bu sanksiyalar daha dəhşətli hal alacaq”.

Politoloq bildirib ki, Avropanın İranı israrla kompromisə səsləməsi vəziyyətin kifayət qədər ciddi olmasından xəbər verir:

“Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, ABŞ danışıqlar qapısını açıq qoysa da, İran tərəfi yeni nüvə sazişinin hazırlanması istiqamətində 12 şərt ətrafında müzakirələri qətiyyətlə rədd edir. Bu fonda İranda yeni aksiyaları istisna etmək olmaz. Getdikcə artan gərginlik İrandakı sosial vəziyyəti bir az da pisləşdirəcək. Nəticədə ölkənin bəzi yerlərində, xüsusilə də cənub bölgələrində əhalinin narazılığı kəskin artıracaq. Vəziyyətin ciddiliyinə baxmayaraq, İranın öz siyasətində ciddi korrektələrə gedəcəyinə inanmıram. Bu isə ölkədə sosial partlayışlara gətirib çıxara və rejimin taleyini ciddi sual altında qoya bilər”.

Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi noyabrın 5-dən qüvvəyə minib.

Həmçinin yoxlayın

Suriyada PKK/YPG terror təşkilatına qarşı hücuma hazırlıqlar gedir

GADTB: PKK/YPG terror təşkilatı həm mənəvi cəhətdən, həm də faktiki olaraq böhran içindədir. 25 min …

Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan cümə …

Bir cavab yazın