ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi Tehranın nüvə silahı əldə etməsinin və bu ölkənin qonşularını, xüsusilə də İsraili təhdid etməsinin qarşısını almaqdır.

Rubionun sözlərinə görə, Tramp müharibə istəmədiyi üçün bu məsələni diplomatik yolla həll etməyə üstünlük verib.

Dövlət katibi qeyd edib ki, Tramp İran xalqının daha yaxşı gələcəyə layiq olduğuna inanır. Bununla belə, Rubio ABŞ-nin İranın nüvə silahı və ya təhdidedici imkanlar əldə etməsinə icazə verməyəcəyini açıq şəkildə bildirib./ Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.İmbat bəy Muğlunun “Media Turk TV”-də “Paşinyan Turan birliyini dəstəklədi – İstanbulda şok açıqlama” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri …