Çərşənbə axşamı , Mart 10 2026
azfa

ABŞ dövlət katibi Mayk Pompeo İran adlanan ölkəni Avropada terrorizmi dəstəkləməkdə ittiham etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo İran adlanan ölkəni Avropada terrorizmi dəstəkləməkdə ittiham etdi. O, Almaniya hökumətinin bu il iyunun 30-da Fransanın Vilpen şəhərində keçirilməsi nəzərdə tutulan konfrans zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 46 yaşlı iranlı diplomat Əsədullah Əsədini oktyabrın 9-da Belçikaya ekstradisiya etdiyini də xatırladıb.

“Bu sui-qəsdin miqyası bizə İranın dünyadakı terrorizmin əsas sponsoru olduğunu xatırladır. Həmçinin bu sui-qəsd İranın bütün Avropada da terrorizmə dəstək verdiyini üzə çıxarır. Biz İranın bütün dünya boyu dəstəklədiyi terrorizmin törətdiyi təhlükəni aşkar etməklə və ona qarşı mübarizədə avropalı müttəfiqlərimzi dəstəkləyirik”, – ABŞ dövlət katibi bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin hesabatına görə, İran son 6 ildə terrorçuluğun maliyyələşdirilməsinə və Suriyadakı Bəşşar Əsəd rejiminə 16 milyard dollar xərcləyib.

 

Həmçinin yoxlayın

Təbriz və Cənubi Azərbaycanın digər şəhərlərində bir neçə hökumət mərkəzi hədəfə alınıb

GADTB: Yerli mənbələrin məlumatına görə, bu gün günorta saatlarında Təbriz şəhərində həyata keçirilən hücumlar zamanı …

Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək

GADTB: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək. Bu barədə ABŞ-ın müharibə naziri Pit …

Bir cavab yazın