Çərşənbə axşamı , May 19 2026
azfa

ABŞ ilə İran arasında yenidən müharibə riskinin artdığı bildirilir

GADTB: Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ və İsrail ordusunun İran mövqelərinə hücumlarından üç ay sonra Vaşinqton ilə İran arasında yaranmış çıxılmaz vəziyyət daha mürəkkəb mərhələyə daxil olub və yeni qarşıdurma ehtimalı artıb.

Məlumatda bildirilir ki, ABŞ-ın iqtisadi təzyiqləri və sanksiyaları bir tərəfdən, İranın isə Hörmüz boğazındakı strateji mövqeyi digər tərəfdən böhranı daha da dərinləşdirib. Tərəflər arasında aparılan dolayı danışıqlar indiyədək nəticə verməyib və fikir ayrılığı davam edir.

Reuters-in yazdığına görə, İran rəsmiləri bildiriblər ki, raket proqramı, nüvə imkanları və Hörmüz boğazı məsələsi Tehran üçün sadəcə danışıqlarda istifadə olunan vasitə deyil, hakimiyyətin mövcudluğunu qoruyan əsas mexanizmlərdən biridir. Bu səbəbdən həmin sahələrdə geri addım atılması hakimiyyətin əsas dayaqlarının zəifləməsi kimi qiymətləndirilir.

Məlumatda qeyd olunur ki, Vaşinqton İranın 20 il müddətinə uranı zənginləşdirmə fəaliyyətini dayandırmasını və uran ehtiyatlarının ölkədən çıxarılmasını tələb edir. İran isə bunun qarşılığında hücumların dayandırılması, təhlükəsizlik təminatı, müharibə təzminatı və Hörmüz boğazındakı rolunun tanınmasını istəyir. ABŞ isə bu şərtləri qəbul etməyib.

Eyni zamanda, İran hakimiyyətinə yaxın mənbələr bildiriblər ki, sərt mövqe nümayiş etdirilməsinə baxmayaraq, ölkədaxili təzyiqlər artır. İnflyasiya, işsizlik və əsas sənaye sahələrinə dəyən zərər “nə müharibə, nə sülh” vəziyyətini Tehran üçün getdikcə daha ağır hala gətirir.

Reuters yazır ki, artıq əsas məsələ razılaşmanın əldə olunub-olunmayacağı deyil, bu çıxılmaz vəziyyətin nə vaxta qədər davam edəcəyidir. Agentliyin qeydinə görə, mümkün hesab səhvi regionu yeni müharibə mərhələsinə sürükləyə bilər.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …