Cümə axşamı , Fevral 12 2026
azfa

ABŞ-ın nədən Türkiyəyə sanksiya tətbiq edə bilməməsi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Konqresinin üzvləri Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasını qınayır, lakin bundan sonrakı addımın nə olacağını təxmin edə bilmirlər.

Buna görə də Türkiyəyə CAATSA proqramı çərçivəsində tətbiq ediləcək sanksiyalarn arxa plana keçib.

Prezident Donald Tramp ötən həftə 40-a yaxın senatoru Ağ Evə dəvət edərək məsələyə həll yolu tapmağa çalışmışdı. Senator Cim Riç Ağ Evdə qızğın müzakirə getdiyini, lakin heç bir nəticə əldə olunmadığını açıqlamışdı. Bəzi millət vəkilləri isə bölgədə əsas oyunçu olan Türkiyə ilə münasibətləri pozmağın yanlış olduğunu bildirir. Türkiyənin Vaşinqtonun sanksiyalarına cavabsız qalmayacağı ehtimalı da nəzərə alınır.

Konqres üzvləri yay tətilindən qayıdacaqları 9 sentyabr tarixinə qədər Türkiyəyə qarşı hər hansı qanun qəbul ediləcəyini gözləmədiklərini qeyd edir.

CAATSA proqramına əsasən Rusiya ordusu və kəşfiyyatı ilə əməkdaşlıq edən hər bir şəxs və şirkət azı 5 sanksiyaya məruz qalmalıdır.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın