
GADTB: Tehran nüvə sazişinin imzalanmasına razılaşmasa və nüvə silahı üzərində işi dayandırmasa, İran sentyabr ayına kimi yox olacaq.
Bu barədə Britaniyanın “Deyli Ekspress” (Daily Express) qəzeti ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən yazıb.
Mənbə bildirib ki, İranın nüvə sazişinə razılaşması üçün ABŞ-ın Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı qrupu yerləşdirdiyi müddət qədər “sayılı günləri” qalıb.
Eyni zamanda ABŞ dövlət katibinin sabiq müavini Mark Kimmit bildirib ki, Vaşinqtonun çəkindirmə siyasəti İranın bölgədəki rəftarını dəyişdirmək üçün həyata keçirilir.
Onun sözlərinə görə, İranla birbaşa danışıqlar mümkün olana qədər ABŞ qüvvələri bölgədə qalacaq.
“Tramp İrana nüvə silahı yaratmaq imkanı verəcək danışıqları istəmir və belə görünür ki, Tehran bu istiqamətdə addımlar atır”, – deyə, Kimmit vurğulayıb.