Bazar ertəsi , Oktyabr 26 2026
azfa

ABŞ-ın Türkiyədəki səfiri: “İranda Həm şahı hakimiyyətə gətirdik, həm də Xomeynini”- Video

GADTB: ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Vaşinqtonun indiyədək İranın hakimiyyətini üç dəfə dəyişdirdiyini bildirib. O deyib ki, ABŞ şahı hakimiyyətə gətirib, 1979-cu ildə Xomeynini hakimiyyətə yüksəldib və şahı hakimiyyətdən uzaqlaşdırıb. Barak bu cümlədən sonra bir anlıq susub, daha sonra çıxışını davam etdirib.

ABŞ səfirinin sözlərinə görə, rejim dəyişikliyindən danışarkən siyasətin dəyişdirilməsi nəzərdə tutulur. O, İran İslam Respublikasını iranda əhalinin boğazını sıxan “şər qüvvə” adlandırıb. Barak bildirib ki, bu günlərdə adi bir iranlı üçün sağ qalmaq çox çətinləşib.

O əlavə edib ki, Trampın fikrincə, İranda xalq bu boğucu vəziyyətdən azad olsa və ətrafında rifah görsə, zamanla hakimiyyəti özü dəyişəcək.

Barakın sözlərinə görə, əsas tələb etimaddır və proses atəşkəslə başlamalıdır.

https://t.me/GADTB1/60523

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …