Cümə , Sentyabr 13 2024
azfa

ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya liderləri birgə bəyanatda İranı İsrailə qarşı hərəkətlərini dayandırmağa çağırıblar

GADTB: ABŞ, İngiltərə, Fransa, Almaniya və İtaliya liderləri 12 avqust 2024-cü ildə birgə bəyanat yayaraq, İrandan İsrailə qarşı hərəkətlərini dayandırmasını istəyiblər.

Həmin bəyanatda onlar Yaxın Şərqdəki vəziyyətə toxunublar. Bu bəyanatda onlar gərginliyin azaldılması, atəşkəsin əldə edilməsi və Qəzzada girovların azad edilməsi üçün davam edən səyləri tam dəstəklədiklərini bildiriblər.

Bu dövlətlər bu bəyanatda İranın təcavüzü və İranın dəstəklədiyi terror qruplaşmalarının hücumlarına qarşı İsraili dəstəklədiklərini bəyan ediblər. Qərb liderləri İranı İsrailə qarşı davam edən təhdidlərini dayandırmağa çağırıb və belə bir hücumun baş verəcəyi təqdirdə regional təhlükəsizliyə ciddi təsirləri barədə xəbərdarlıq ediblər.

Bəyanatı Co Bayden, Emmanuel Makron, Olaf Şults, Georqa Maloney və Key Starmer imzalayıb.

Həmçinin yoxlayın

Türkiyə “Oruç Rəis”i Somaliyə göndərir

GADTB: Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb Türkiyənin “Oruç Rəis” araşdırma …

Suriya mediası: İsrail ölkənin dərinliklərinə qoşun yeritdi və iran silahlıları əsir götürdü

GADTB: Sentyabrın 9-na keçən gecə İsrail qırıcıları Suriyanın mərkəzindəki Həma əyalətinin Məsyaf bölgəsinə enərək quru …