ABŞ İran qarşı bütün sanksiyaların götürülməsini qəbuledilməz hesab edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib ki, İranın 2017-ci ildən bəri tətbiq olunan bütün sanksiyaların ləğvi ilə bağlı tələbi ABŞ üçün qəbuledilməzdir.

“İran 2017-ci ildən bəri tətbiq olunmuş bütün sanksiyaların ləğvinin vacibliyi ilə bağlı öz mövqeyində qalarsa, o zaman biz çıxılmaz vəziyyətdə qalarıq. İranın praqmatik bir mövqe tutub-tutmayacağı hələ də sual doğurur”, – Dövlət Departamentinin nümayəndəsi belə deyib

Onun sözlərinə görə, ABŞ Vyanadakı danışıqlarda İran rəsmisinə açıq şəkildə izah edib ki, Tehranın nüvə anlaşmasına qayıdacağı halda hansı sanksiyaları ləğv etmək mümkün olacaq.

O, sabiq prezident Donald Tramp administrasiyasının İrana qarşı “maksimum təzyiq” göstərilməsi ilə bağlı yanaşmasını da tənqid edib. O bildirib ki, İran sadəcə ABŞ-a xoş gəlməyən fəaliyyətlərini gücləndirib və bu, “mübahisə üçün fakt yaratmır”. Buna görə Tramp siyasəti ABŞ milli təhlükəsizliyi ilə uyğun gəlmir.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …