ABŞ İranın cənubunda hərbi obyektlərə zərbələr endirib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son iki gün ərzində İranın Qeşm adası və Sirik bölgəsində yerləşən bəzi hərbi obyektlərə zərbələr endirildiyini açıqlayıb.

Bununla bağlı açıqlama CENTCOM-un “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

CENTCOM-un məlumatına görə, əməliyyatlar İranın radar sistemlərini və pilotsuz uçuş aparatlarının idarəetmə infrastrukturunu hədəfə alıb. ABŞ tərəfi bu əməliyyatları “müdafiə xarakterli zərbələr” kimi təqdim edib.

Bildirilib ki, zərbələr İranın ABŞ-yə məxsus MQ-1 dronunu vurması və Vaşinqtonun “təhdid” kimi dəyərləndirdiyi digər hərəkətlərə cavab olaraq həyata keçirilib.

CENTCOM əməliyyat zamanı ABŞ qüvvələri arasında itki olmadığını açıqlayıb və Vaşinqtonun bölgədəki hərbi qüvvələrini və maraqlarını qorumağa davam edəcəyini vurğulayıb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …