ABŞ kəşfiyyatı: İran son müharibədən sonra raket infrastrukturunun böyük hissəsini yenidən aktivləşdirib

GADTB: “New York Times” qəzeti ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən yazıb ki, İran İslam Respublikası son müharibədən sonra raket infrastrukturunun böyük hissəsini yenidən fəaliyyətə qaytarıb.

Məlumata görə, İran Hörmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından azı 30-nu yenidən əməliyyat vəziyyətinə gətirib.

Kəşfiyyat mənbələri həmçinin iddia ediblər ki, İran raket anbarları və buraxılış sistemlərinin təxminən 90 faizini, eləcə də raket arsenalı və mobil sistemlərinin təxminən 70 faizini bərpa edib.

“New York Times” qeyd edir ki, bu vəziyyət yenidən Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün ciddi təhlükə yarada bilər.

Hesabatda həmçinin vurğulanır ki, yeni məlumatlar Donald Tramp administrasiyasının İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyi ilə bağlı iddiaları ilə tam uyğunluq təşkil etmir.

Həmçinin yoxlayın

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …

Xameneyi İran ordusuna yeni hərbi göstərişlər verdi

GADTB: Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ilə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında …