Bazar ertəsi , Oktyabr 26 2026
azfa
Qaynar xəbər

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair sanksiyalar siyahısını yeniləyərək bir sıra İran aviaşirkətlərini və aviasiya sektoru ilə əlaqəli şirkətləri sanksiya tətbiq olunan fiziki və hüquqi şəxslər siyahısına əlavə edib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasına əsasən, Ata, Çabahar, Iran Air Tour, Aseman, Kish Air, Karun, Qeshm Air, Sepehran, Taban, Zagros, Varesh, Fly Persia və digər bir sıra İran aviaşirkətləri sanksiyalar siyahısına daxil edilib.

Xarici Aktivlərə Nəzarət İdarəsi, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Türkiyə, Malayziya və Qazaxıstanda yerləşən və Mahan Air və ya onunla əlaqəli şəbəkələrlə əlaqəsi olan bir neçə şirkətə qarşı da sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-dən etibarən İrana bəzi mülki təyyarələrin müvəqqəti olaraq təkrar ixracına və bununla bağlı əməliyyatların həyata keçirilməsinə icazə verən General License J-1 (İran) lisenziyasını da dayandırıb.

Eyni zamanda, nazirlik mülki aviasiya ilə bağlı bəzi əməliyyatların başa çatdırılmasına, habelə sentyabrın 8-də sanksiyaya məruz qalan şəxslərlə əlaqəli müəyyən əməliyyatların həyata keçirilməsinə imkan verən yeni ümumi lisenziyalar yayımlayıb.

Həmçinin yoxlayın

Qaşqayların ənənəvi geyimləri Türkiyədə keçirilən beynəlxalq konfransda Türk dünyasının tarixi kimliyinin və mədəni irsinin bir hissəsi kimi təqdim olunub

GADTB: Qaşqay türkü olan tədqiqatçı Altay Qaşqay Türkiyədə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış …

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …