Cümə , Noyabr 14 2025
azfa

ABŞ mediası: Türkiye PUA-ları bacarığını müharibələrdə sübut edib

GADTB: “Bayraktar” PUA-larının döyüş meydanındakı uğurları dünya, o cümlədən ABŞ mətbuatında təhlil olunur.

ABŞ-ın “Al Monitor” informasiya saytında dərc olunmuş analitik yazıda Türkiye PUA-larının uğurlarını real qarşıdurmalarda sübut etdiyi vurğulanıb.

Bildirilib ki, dünyanın bir çox ölkəsinə ixrac edilən bu pilotsuz uçuş aparatları müharibə və sülh şəraitində xidməti ilə diqqət çəkir. Türkiyenin müdafiə və aerokosmik ixracatında xüsusi yer tutan PUA-lar, nəhayət Səudiyyə Ərəbistanında da görünməyə başlayıb.

“Baykar pilotsuz təyyarələri Ukraynadan Liviyayadək niyə bu qədər populyardır?” sualına cavab axtaran “Al Monitor” onların Ukrayna, Qarabağ, Liviya, Suriya, İraq, Efiopiya və Somali kimi münaqişə zonalarında istifadə edildiyini xatırladır.

Yazıda, həmçinin vurğulanıb ki, Türkiye PUA-ları ABŞ və digər Qərb istehsalı olan pilotsuz təyyarələrlə müqayisədə daha qənaətcildir. Eyni zamanda, Çin və ya İranda istehsal edilən qeyri-Qərb sistemlərindən üstün olduğunu təsdiqləyib.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …