Şənbə , Aprel 18 2026
azfa

ABŞ-nin İranda əməliyyatı İranın zəif nöqtələri açıqlandı

GADTB: Hudson İnstitutu yayımladığı analitik hesabatda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotun İran ərazisində xilas edilməsi əməliyyatını dəyərləndirərək, bu hadisənin üç mühüm məqama aydınlıq gətirdiyini bildirib.

Hesabatda qeyd olunub ki, pilotun İran daxilində xilas edilməsi aşağıdakı nəticələri ortaya çıxarıb:

• ABŞ-nin İran ərazisində İslam Respublikası üzərində tam hərbi üstünlüyə malik olması və bu ölkədə yüksək riskli əməliyyatlar həyata keçirə bilməsi;

• Çinin illərdir İran rejiminə təqdim etdiyi müşahidə və nəzarət sistemlərinin arxitekturasının ciddi şəkildə sıradan çıxması, İranın buna baxmayaraq milyardlarla dollar vəsait xərcləməsi;

• SEPAH-ın  hərbi qurum kimi fəaliyyətini davam etdirmək qabiliyyətinin kritik mərhələyə yaxınlaşması, yəni təşkilatın hərbi imkanlarının tükənmək üzrə olduğu qənaətinin güclənməsi.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …