ABŞ nümayəndə heyəti Türkiyədən gizli şəkildə şəxsi təyyarə ilə havaya qalxaraq cümə axşamı İrana gedib.Bu barədə Küveytin “Əl-Ceriə” qəzeti məlumat yayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasındakı yüksək vəzifəli mənbə “Əl-Cəridə” qəzetinə bildirib ki, ABŞ-nin təhlükəsizlik üzrə nümayəndə heyəti Omanın vasitəçiliyi ilə İrana səfər edib və İsrail baş nazirinin Benyamin Netanyahu planlaşdırdığı böyük müharibədən qaçmaq üçün Tehrana sakit və xəbərdarlıq mesajı çatdırıb.
Görüşdə ABŞ-da Haniyənin öldürülməsindən xəbərsiz olduqları, Netanyahunun nəzarətdən çıxdığını və regional müharibə istədiyi bildirib.
Eyni zamanda, Baydenin İranla döyüşmək istəmədiyi, lakin İranın hücumundan sonra İsraili müdafiə edəcəyi diqqətə çatdırılıb.
Qəzet ABŞ-ın İrana sui-qəsddə əli ola biləcək və İrana sızmış 10 MOSSAD agentinin siyahısını verməsi ilə bağlı iddialara da yer verib.
“Əgər biz dərhal nüvə sazişi bağlasaq, Netanyahuya ən böyük zərbəni siz vuracaqsınız” – deyə görüşdə bildirilib.