Çərşənbə , Oktyabr 14 2026
azfa

ABŞ rəsmiləri İranın uran zənginləşdirməsini tam dayandırmalı olduğunu bildirirlər

GADTB: ABŞ rəsmiləri İranın uran zənginləşdirməsini tam dayandırmalı olduğunu bildirirlər.

ABŞ dövlət katibi Marko Rubio İranın nüvə proqramına toxunaraq deyib ki, istənilən səviyyədə uran zənginləşdirməsi ilə nüvə silahı səviyyəsinə çox tez keçmək olar.

“İran heç vaxt nüvə silahı əldə etməməlidir. Donald Tramp bu məqsədə sülh danışıqları yolu ilə nail olmağa üstünlük verir, çünki o, müharibə istəmir”, – deyə, Rubio qeyd edib.

İranla müzakirələr aparan Uitkof isə deyib ki, “Biz İslam Respublikasının uranı bir faiz də olsa zənginləşməsinə imkan verməyəcəyik”.

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “ABC News” telekanalına müsahibəsində ABŞ-nin İranla nüvə danışıqlarındakı qırmızı xəttinin “uranın zənginləşdirilməsi” olduğunu vurğulayıb.

“Bizim çox aydın qırmızı xəttimiz var və bu zənginləşmədir. Biz bir faiz zənginləşdirmə potensialını belə qəbul edə bilmərik”, – deyə, Uitkoff əlavə edib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …