ABŞ Rusiyadan Qafqazda işğalı dayandırmağı tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Rusiyadan tələb edib ki, Qafqazda işğallara son qoysun.

ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor deyib ki, Cənubi Osetiya respublikası mövcud deyil, bu, Gürcüstanın işğal olunmuş hissəsidir.

O, Moskvanı Gürcüstan ərazilərini işğal etməkdə ittiham edib.

Gilmor Rusiyanın işğal olunmuş ərazilərdə sərhədlər, baryerlər çəkməsini dərhal dayandırmasını tələb etdiklərini bildirib.

ABŞ səfiri Rusiyanın Gürcüstandakı “Luqara” biolaboratoriyası barədə dezinformasiya yaydığını da deyib.

Qeyd edək ki, Rusiya təkcə Gürcüstanın deyil, həm də Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun ermənilər tərəfindən işğalına səbəb olub.

Həmçinin yoxlayın

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini …

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn …

Bir cavab yazın