Cümə axşamı , Fevral 12 2026
azfa

ABŞ senatoru etiraf etdi: YPG terror təşkilatı PKK ilə eynidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır. YPG-nin siyasi qanadı isə PKK ilə əlaqəlidir.

bu fikri ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qraham Ankarada keçirdiyi mətbuat konfransında bəyan edib.

Türkiyənin ABŞ üçün önəmli bir tərəfdaş olduğunu diqqətə çatdıran senator terrorizmlə mübarizəyə aid fikir və mülahizələrini bölüşüb. O, bildirib ki, Suriya ilə Türkiyə arasında dövlət sərhədi boyunca təhlükəsizlik zolağının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qraham Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar ilə görüşlər keçirib.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın