Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın əldə olunacağı ehtimalını rədd edərək hərbi əməliyyatların bərpa edilməsinə və «işin başa çatdırılmasına» çağırıb.

Koton bildirib ki, ABŞ İran rejiminin qalan hərbi imkanlarını, xüsusilə Hörmüz boğazı yaxınlığında yerləşdirilən və gəmiçiliyi təhdid edə biləcək hərbi vasitələri məhv etməli və eyni zamanda blokadanı davam etdirməlidir. Onun sözlərinə görə, bu addım İran rejiminə hər gün yüz milyonlarla dollar zərər vurur.

Tom Koton deyib: «Düşünürəm ki, bu mərhələdə artıq təxminən 9 və ya 10 gündür ki, böyükmiqyaslı atışma olmayıb. Prezident ötən həftə razılaşmanın mümkün ola biləcəyini söylədi. Açıq desəm, düşünürəm ki, bu inqilabçı fanatiklərlə heç vaxt razılaşma əldə olunmayacaq.

Kaş ki, aprel ayının əvvəlində, bu qarşılıqlı və aralıq atəşkəs silsiləsi başlamazdan əvvəl işi sadəcə başa çatdırmış olaydıq. Düşünmürəm ki, işi başa çatdırmaq üçün artıq gecdir. Biz onların hərbi qüvvələrinin qalıqlarını, xüsusilə də Hörmüz boğazı yaxınlığındakı və hələ də bu boğazdan keçən gəmiçiliyi təhdid edə biləcək hərbi vasitələrini məhv etməliyik.

Bunu etsək, hər gün daha çox neft tankerinin həmin marşrutdan keçməsinə imkan yarada bilərik. Bu, Arkanzas sakinləri və bütün amerikalılar üçün benzin və dizel yanacağının qiymətlərinə nəzarət etməyə kömək edəcək. Həmçinin İranın gələcəkdə bu rıçaqdan təzyiq vasitəsi kimi istifadə etməsinin qarşısını alacaq.

Bu müddətdə biz blokadanı da davam etdirə bilərik. Bu blokada İrana hər gün yüz milyonlarla dollar zərər vurur. Biz onların ordusunu darmadağın və viran vəziyyətə salmışıq.

Onların nüvə proqramını məhv etmişik. Buna görə də düşünürəm ki, işi mümkün qədər tez, gecikdirmədən başa çatdırmağa çalışmaq daha yaxşıdır. Son dörd ay ərzində mənim mövqeyim dəyişməyib.

Bundan əlavə, qəbul etməliyik ki, inqilabçı fanatiklər bizim qəbul edə biləcəyimiz hər hansı razılaşmaya heç vaxt getməyəcəklər».

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …