Bazar , Sentyabr 19 2021
azfa

ABŞ Sepah-ın ticarət gəmisinə qarşı terror əməlinə görə birgə cavab veriləcəyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Hind okeanında İsrail şirkətinə məxsus nəqliyyat gəmisinə edilən hücuma görə İrana birgə cavab veriləcəyini bəyan edib.

ABŞ dövlət katibi Entoni Blinken keçirdiyi mətbuat konfransında İranın uzun müddət dəniz nəqliyyatı da daxil olmaqla bir sıra əməliyyatlarının olduğunu və məsuliyyətsiz davranmağa davam etdiyini söyləyib.

Hind okeanındakı hücumdan sonra ABŞ-ın bölgədəki tərəfdaşları ilə koordinasiya içində olduğunu və regional hökumətlərlə məsləhətləşdiyini vurğulayan Blinken “İngiltərə, İsrail, Rumıniya və digər ölkələrlə çox sıx təmasdayıq və (İran) ortaq bir cavab veriləcək” deyib.

Qeyd edək ki, Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə gedərkən 30 iyulda Hind okeanında hücuma məruz qalan İsrail nəqliyyat şirkətinə məxsus gəminin 2 heyət üzvünün həyatını itirdiyi bildirilmişdi.

İsrailin xarici işlər naziri Yair Lapid gəmiyə hücum edildiyinə görə beynəlxalq ictimaiyyəti İranı “dayandırmağa” çağırmışdı.

İran hücumda əli olduğu iddalarını təkzib etmişdi.

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …