Şənbə , Aprel 19 2025
azfa

ABŞ: “SEPAH qaçaqmalçılıq, çirkli pulların yuyulması və narkotik ticarəti ilə məşğuldur”

GADTB: ABŞ SEPAH-ın qaçaqmalçılıq, çirkli pulların yuyulması və narkotik ticarəti ilə məşğul olduğunu bildirib.

ABŞ Dövlət Departamentinin illik hesabatında bu haqda deyilir:  “İran iqtisadiyyatı SEPAH-ın geniş fəaliyyətindən çox təsirlənir.

 SEPAH–ın fəaliyyəti qaçaqmalçılıq, çirkli pulların yuyulması və valyuta nəzarətinin istismarı da daxil olmaqla müxtəlif iqtisadi fəaliyyətləri əhatə edir.

SEPAH daxili iqtisadiyyatın əhəmiyyətli bir hissəsinə nəzarət edir və qeyri-dövlət silahlı qruplarını dəstəkləyir.

SEPAH və Kəşfiyyat Nazirliyi (ETTELAAT) regional tacirlərlə sıx əməkdaşlıq edərək narkotik vasitələrin qanunsuz dövriyyəsini asanlaşdırır və gəlir əldə edir.

Məlumatlara görə, İrandan hər il təxminən 9 min ton narkotik keçir”./ Azad İran

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …