Şənbə , Aprel 20 2024
azfa

ABŞ Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı bəyanat verdi

GADTB: Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi gündəlik mətbuat toplantısında jurnalistlərin F-35-lərlə bağlı sualarını cavablandırıb.

Amerika Birləşmiş Ştatları rəhbərliyi Türkiyenin Rusiyadan aldığı S-400-lərlə bağlı narahatlıqlarını aradan qaldıracağı təqdirdə yenidən F-35 proqramında iştirakının mümkün olacağını bəyan edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi gündəlik mətbuat toplantısında jurnalistlərin F-35-lərlə bağlı sualarını cavablandırıb.

Con Kirbi Türkiyeyə F-16-ların satışından sonra bu ölkənin F-35 proqramına qayıda bilərmi sualına belə cavab verdi:

“Bu məsələ ilə bağlı danışıqlarımız davam edir. Əgər Türkiye bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman Türkiyenin F-35 proqramında iştirakı bərpa oluna bilər”.

Həftə sonu Türkiyedə görüşlər keçirən ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 zenit-raket sistemləri ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyeni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …