Bazar ertəsi , İyul 22 2024
azfa

ABŞ və Türkiyə qırıcıları Polşa səmasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ və Türkiyənin hərbi təyyarələri Polşa və İslandiya səmasında patrul uçuşu həyata keçirəcək.

Bu açıqlama ilə NATO rəsmisi Oana Lunqesku çıxış edib.

“Hava polisi gün boyu səmalarımızı təhlükəsiz saxlamağımıza kömək edir. Bu, NATO-nun bütün müttəfiqlərini qorumaq qabiliyyətini və qətiyyətini nümayiş etdirən ittifaq həmrəyliyinin bariz nümunəsidir”, – Lunqesku vurğulayıb.

Qeyd edək ki, Türkiyənin 4 F-16 hərbi təyyarəsi sentyabr ayına qədər sözügedən ölkələrdə qalacaq. ABŞ-ın 4 F-15 qırıcısı isə ötən gün İslandiya paytaxtına eniş edib.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …