Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ və Körfəz ölkələri Hörmüz boğazı ilə bağlı yeni BMT qətnaməsi hazırlayır

GADTB: ABŞ Fars körfəzinin ərəb ölkələri ilə birlikdə BMT Təhlükəsizlik Şurasına 🇮🇷 İranı Hörmüz boğazını bağladığına görə qınayan yeni qətnamə hazırlayır.

Bunu ABŞ-nin BMT-dəki səfiri Valts bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin ötən ay naviqasiya azadlığını təmin etməyə yönəlmiş əvvəlki layihəni blokladıqdan sonra qətnamə ilə bağlı danışıqlar bu həftə aparılacaq.

Yeni təşəbbüs Bəhreyn, Küveyt, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı ilə birgə hazırlanır.

Qətnamədə İrandan ticarət gəmilərinə hücumları dayandırması, dəniz minaları yerləşdirməsi və boğazdan keçid üçün rüsum tətbiq etməsi, eləcə də artıq quraşdırılmış minaların yerini açıqlaması tələb olunacaq.

Valsın sözlərinə görə, layihə “daha dar fokusda”dır və İranla mövcud atəşkəs fonunda beynəlxalq ticarətə, xüsusən də Asiya iqtisadiyyatlarına təhdidlərə yönəlib./ Azad İran

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …