Bazar ertəsi , İyul 20 2026
azfa

ABŞ vitse-prezidenti: Danışıqlar nəticəsiz qalarsa, digər variantlar da masada olacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Ceyms Devid (C.D.) Vens diplomatik səylərin davam etdiyini vurğulayaraq bildirib ki, danışıqlar uğursuz olacağı təqdirdə digər seçimlər də gündəmdə qalacaq.

Vens USA Today qəzetinə verdiyi müsahibədə İranla mümkün qarşıdurmanın İraq və Əfqanıstan müharibələrinə bənzər uzunmüddətli bir hərbi münaqişəyə çevriləcəyinə inanmadığını deyib.

O bildirib: “Mən tam əminəm ki, bir il sonra ABŞ-ın İranda hərbi iştirakı haqqında danışmayacağıq.”

ABŞ vitse-prezidenti münaqişənin sona çatdırılması üçün danışıqların davam etdiyini qeyd edərək əlavə edib ki, Vaşinqton hələ də diplomatik həlli üstün tutur. Bununla belə, əgər danışıqlar nəticə verməsə, ABŞ administrasiyasının əlində başqa variantlar da mövcuddur.

C.D. Vens vurğulayıb ki, Donald Tramp administrasiyası ABŞ-ın aydın məqsəd və strateji perspektiv olmadan İranda uzunmüddətli və yorucu bir müharibəyə cəlb edilməsinə imkan verməyəcək.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …