Çərşənbə axşamı , Yanvar 14 2025
azfa

Aclıq aksiyası keçirən Yusif Kari klinikaya yerləşdirildi, Abbas Lisani isə dəstək üçün quru aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Yusif Kari aclıq aksiyasının 7-ci və quru aclıq aksiyasının 3-cü günündə sağlı durumu pisləşdiyi üçün rejimin Ərdəbildəki zindanının klinikasına yerləşdirilib.

Rejimin rəsmilərinin təhqirlərinə görə aclıq aksiyası keçirən fəalın yanvarın 19-da təzyiqinin kəskin düşməsi və ürək döyüntüsünün artması səbəbilə klinikaya yerləşdirildiyi bildirilir.

Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani də ailəsi ilə telefon əlaqəsi zamanı Karinin klinikaya köçürüldüyü xəbərini təsdiq edib. Yusif Kariyə dəstək məqsədi ilə yanvar ayının 18-dən aclıq aksiyasına başlammış Lisani bildirib ki, o zindan məsullarına xəbərdarlıq edib və bildirib ki, əgər Yusif Karini öz bölməsinə qaytarmasalar yanvarın 20-dən quru aclıq aksiyasına keçəcək.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bölməsinə köçürülüb.

Yanvarın 13-də Yusif Kari tibbi məzuniyyət istədiyi üçün zindan rəsmisi Sepehri onu öz kabinetinə çağırıb, həmin fəala və başqa siyasi məhbuslara qarşı nalayiq ifadələr işlədib. Bu məsələyə və özünün karantin bölməsinə köçürülməsinə etiraz olaraq azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Daha sonra Yusif Kari Ərdəbil zindanının məsullarına xəbərdarlıq edərək bildirmişdi ki, ayın 16-a kimi karantin bölməsindən öz bölməsinə qaytarılmayacağı halda başlatdığı aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcək. Artıq Yusif Kari quru aclıq aksiyasına keçib.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …