Cümə axşamı , Dekabr 2 2021
azfa

Alban (Qarqar) dilinin fonetik tərkibi

GADTB: Alban, yəni qarqar – qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa Kağankatlı və Moisey Xorenatsinin bu dil barədə

söylədikləri “boğaz səsləri ilə dolu dil” ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki “q” səsinin “x”, bəzən də “ğ” kimi tələffüz edildiyi müşahidə edilir:

qıpçaq – xıpçax, qayıtmaq – xaytmax, qar – xar və s.

Eyni zamanda söz önlərindəki cingiltili samitlərin karlaşması baş verir: daş – taş, dil – til və s. Sait sistemi eynən Azərbaycan türkcəsində olduğu kimi 9 səsdən ibarətdir və bizimki ilə tam eynidir. “Və” bağlayıcısı məqamənda

“da” və fars dilindən alınma “u” bağlaycılarının paralel işlənməsi müşahidə edilir. Cəm şəkilçisi də Azərbaycan türkcəsindəki kimi-

dir: -lar, -lər.

Alban dilində ismin, eynən Azərbaycan dilində olduğu kimi, 6 halı olub. Yiyəlik hal şəkilçilərinin “-inq”, “-ınq”, yönlük hal şə-

kilçilərinin “-gə”, “-ğa”, təsirlik hal şəkilçilərinin isə “-nqi”, “-gi”, “-nqı”, “ğı” olduğu məlumdur. Digər hal şəkilçiləri bunlardır: “-də”, “-tə”, “-da”, “-ta” (yerlik hal) və “-dən”, “-tən”, “-dan”, “-tan”

(çıxışlıq). Miqdar sayları: bir, eki, üç, dört (tört), beş (biş), altı, yeti, sekiz

(saqiz), doquz, un (on).

Sıra sayları: burungi, ekinçi, üçünçü, törtünçü, bişinçi, altınçı və s.

Dövrümüzədək bu dildə yetişən mətnlərdə diqqət çəkən ən maraqlı məqamlardan biri həmin mətnlərdə bir neçə qədim yunan və qədim suryani, eləcə də orta fars mənşəli alınma sözlərə rast gəlinməsidir. Bunlar əsasən dini terminlərdir. Suryani dilindən keçən

sözlərə eyniylə erməni dilində də rast gəlinir. Məsələn: arakel (həvvari), markare (peyğəmbər), axpaş (yepiskop), Errortutiun (üç üqnum), surp (müqəddəs), qoys (təmiz, bakirə), Asduacacin (Tanrı anası), Avedaran (Incil), xosdovanel (təmizlənmək, arınmaq), xosdavanitiun (tövbə) və s.

Eyni şeyi orta fars dilindən keçmiş vartabed (dini rütbə, rahib), hşerğapet (böyük mələk), friştə (mələk) və s. kimi sözlər barədə də söyləmək olar.

Alban dilində işlənən yunan mənşəli sözlərsə “katağiqos” (katalikos), “Krisdos” (İsa Məsih, yağlanmış), “Soğmos” (Solmos, Zəbur), arhiebisgobos (arxiyepiskop), paxesos və sairədir. Ukraynada məskunlaşmış mühacir albanların XVI-XVII əslərdə yaratdıqları ədəbiyyatın dilində isə “korol” (kral), “kerabl” (gəmi), “priçina” (səbəb), “stol” (masa), “pokolena” (nəsil, soy), “materiya”, “duxovnıy” (mənəvi, ruhani), obıçay (adət, ənənə) və s.

kimi slavyan mənşəli sözlərə də bol – bol rast gəlinməkdədir.

Maraqlıdır ki, indiyə qədər türk dilinin qıpçaq ləhcəsinin tədqiqinə girişən alimlər əsasən “Codex Cumanikus”a istinad etmişlər.

Bu lüğətdə isə qıpçaq materialı vur – tut 82 tam olmayan səhifə həcmindədir. Qarqar – qıpçaq (alban) materialı isə onminlərcə səhifə ilə ölçülür ki, bu da həmin ləhcənin daha dərindən öyrənilməsi üçün böyük imkanlar açır. Doğrudur, bu materialın böyük əksəriy-

yəti indiki Ukrayna ərazisində ərsəyə gətirilmişdir və onların yalnız müəyyən bir hissəsi Azərbaycanda (Albaniyada) yazılmışdır, fəqət bunun bir o qədər də fərqi yoxdur, çünki dil eynidir. Əldə olan

materiallar içərisində İsraildə yaşayan alban icmasına məxsus sənədlərə də rast gəlinməkdədir.

Qeyd etmək lazımdır ki, artıq rus, qazax və tatar alimləri bu istiqamətdə müəyyən işlər görməyə başlamışlar. Türkiyədə də bu istiqamətdə tədqiqat əsərləri yazılmşdır. Biz isə bu böyük irsin gerçək sahibləri olmamıza və bu irsdən yararlanaraq ermənilərə qarşı ideoloji mübarizədə güclü silah əldə etmək imkanımıza baxmayaraq, hələ də yuxudayıq. Məlumat üçün bildirək ki, artıq sözügedən dilin tədqiqi istiqamətində yetərincə iş görülmüşdür və bu işlərdə həmin dil hələ də “erməni qıpçaqcası” kimi təqdim olunmaqdadır. Sözügedən tədqiqat əsərlərinin bir qisminin siyahısı kitabın sonunda verilmişdir.

Bu əsərlər içində bizim üçün ən böyük önəm daşıyan material isə, təbii ki, Mxitar Qoşun “Törə bitiki”dir ki, bu barədə tam məlumatı Qarkavets və Saparqaliyevin birlikdə nəşrə hazırlayaraq çap etdirdikləri “Tere bitiqi: Armyano – kıpçakskiy Sudebnik / Kıpçaksko – polskaya versiya Armyanskoqo Sudebnika 1519 – 1594

qq.” (2003. Üst – üstə 792 səhifə) kitabından almaq olar.

“Kitabi – Dədə Qorqud”da albanların oğuzlarla birlikdə yad edilməsi və Qazan xanın da onların başçısı kimi təqdim edilməsi, qıpçaqdilli alban ədəbiyyatı ilə yanaşı oğuzdilli alban ədəbiyyatının

da mövcudluğu ehtimalını ortaya çıxarır. Məsələ burasındadır ki, İrəvandakı M.Maştots adına Əlyazmalar Fondunda onlarla oğuz türkçəsində alban (erməni qrafikası ilə eyni köklü) əlifbası ilə yazıb

– yaratmış ədibin əsərləri qorunur. Təmiz türk adları daşıyan bu ədiblərin əksər əsərləri həm Ermənistanda, həm də Azərbaycanda dərc olunmuş, fəqət onlar türkcə yazan erməni müəllifləri kimi

təqdim olunmuşlar. Gerçək isə budur ki, sözügedən ədiblər albandırlar və əsərləri də oğuzdilli alban ədəbiyyatı nümunələridir. Qeyd etmək lazımdır ki, “Koroğlu” dastanının da alban (oğuz türkcəsində) variantı dövümüzədək ulaşmışdır. Fəqət bu variant elm aləminə

“Koroğlu”nun erməni variantı kimi təqdim edilmişdir. Çox gümün ki, albanlar zamanla qıpçaq türkcəsini tərk edərək oğuz türkcəsinə keçmişlər və bu proses fərqli ləhcə və şivələrdə danışan ayrı-ayrı

türk soy və boylarının oğuz türkcəsinə əsaslanan vahid Azərbaycan(türk) ədəbi dilinin yaranması ilə paralel getmişdir.

Elmi ədəbiyyatda Mxitar Qoşun “Törə bitiki” (Qanunlar kitabı və ya Qanunnamə) əsəri yanlış olaraq, “Erməni qanunnaməsi” (rusca: Armyanskiy sudebnik) və ya “Erməni – qıpçaq qanunnaməsi” adı ilə tanınmaqdadır. Eyni zamanda bu kitabın orijinalının guya

erməni dilində olduğu və sonradan qıpçaq türkcəsinə (erməni qıpçaqcasına) tərcümə edildiyi bildirilir və sonra da təəssüflə qeyd edilir ki, guya erməni dilində olan orijinal itirilmişdir. Gerçəkdə isə belə bir “orijinal” heç vaxt olmamışdır. Əsərin orijinalı alban, yəni qıpçaq dilində olan “Törə bitiki”dir ki, o da dövrümüzədək məhzüç müxtəlif əlyazma (Polşa, Avstriya, Fransa) nüsxəsi şəklində ulaşmışdır. Ermənilərin “ermənicə əlyazma” və ya “orijinal” kimi qələmə verdikləri isə Mxitar Qoşdan bir əsr sonra, yəni XIII əsrdə yaşamış Kilikiyalı Smbat Sparapetini tərəfindən yaradılmış “Qanunnamə” əsərindən müəyyən parçalardan başqa bir şey deyil.

Məsələ burasındadır ki, Smbat Sparapetinin istifadə etdiyi əsas

mənbələrdən biri də Mxitar Qoşun “Törə bitiki” əsəri olmuşdur və o bu əsərin bəzi parçalarını erməni dilinə tərcümə edərək, öz əsərinə daxil etmişdir. Lakin o mətnlər də dövrümüzədək tam şəkildə yetişməmişdir.

Eyni zamanda, sözügedən əsər 1519-cu ildə Van arxiyepiskopu Kirkorun başçılığı ilə tərtib edilən və Polşa kralı Sziqmund tərəfindən təsdiq edilən 124 maddəlik “Erməni qanunnaməsi”-nə də ciddi

təsir göstərmişdir.

Bəxtiyar Tuncay,

《Qafqaz Albanlarının

Dili və Ədəbiyyatı》

əsərindən.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …