Cümə axşamı , Mart 28 2024
azfa

Alban şairi və yazari Mirzəcan Mədətov

GADTB: Mirzəcan bəy Mədətov 1797-ci ildə Qarabağın yerli albanlardan(türk) ibarət olan Çanaxçı kəndində anadan olub, hansı ki, bu kənd vaxtiylə 4 Alban məlikliyindən biri olan Vərəndə – alban bəylərinin baş mərkəziydi. M. Mədətov 1816-cı ildə Tiflisə köçür və orada yaşamağa başlayır. Burada onun əmisi Bedrus Mədətov öz əlaqələrindən istifadə edərək Mirzəcanın Qafqazdakı mülki bölmənin baş komandiri, piyada generalı N. F. Rtişşevin kabinetində şərq dilləri üzrə tərcüməçinin köməkçisi vəzifəsinə təyin edə bilir . O vaxta qədər ərəb, fars, türkcə və bir az da rusca danışırdı. A. P. Ermolovun rəhbərliyi altında tərcüməçi kimi fəaliyyət göstərmişdir… Onu hərbi səfərlərdə müşayiət edir. 1821-ci ildə rus ordusunun kapitanı rütbəsi ilə salnamələrdə qeyd edilmişdir. Aprelin 23-ü 1841-ci ildə o podpolkovnik rütbəsinə qalxır.

Qarabağdakı Xırxan və Sus adlı mülklər Mədətovlar ailəsinə məxsus idi.

Qarabağ şairləri, xüsusən də şairə Aşıq Pəri ilə poetik deyişmələri olmuşdur.

1827-1828-ci illərdə Şuşada Qarabağın bir çox şairlərinin iştirak etdiyi ədəbi Məclislər keçirilir və bu deyişmələrdə Cəfər Quli Ağa Cavanşir və Mirzəcan Mədətov xüsusiylə iştirak edirlər. Məclisin üzvləri xanəndələr, zabitlər, müəllimlər, dülgər, dinxadimləri, xəttat, həkim, şəhər hökumətinin məmuru, saray xadimi, hüquqşünas, Şuşa şəhərinin meri, Qarabağın alban məlikləri iştirak edirdilər.

Mirzəcan Mədətovun yaradıcılığı orta əsrlər Azərbaycan aşıq poeziyası ilə sıx bağlı olmuşdur. O, Şəkili Mina xanım Məlik-Qarakeşişovayla(çox ehtimal ki, Mina xanım Şəkinin yerli xristian türklərindən idi) evlənmişdi. Mirzəcan bəy Mədətovun bu izdivacdan Vasak bəy adlı oğlu və Səfiyə adlı qızı olmuşdur.

Mirzəcan bəy Mədətov 1851-ci ildə Şuşada vəfat etmişdir .

Mirzəcan ilə Aşıq Pərinin

deyişməsi:

Mirzəcan:

Mən ki öldüm, həsrətindən ey Pəri

Canım alıb, o məstanə gözlərin.

Yanında qəmzəsi, işvəsi, nazı,

Hər dəm baxıb, afətanə gözlərin.

Aşıq Pəri:

Hər nə ki danışsan əfsanədəndir,

Batacaqdır məkri-qanə gözlərin.

Sən mənə rəqibsən, həmi naməhrəm,

Sataşmasın zənəxdanə gözlərin.

Mirzəcan:

İstəmənəm seyraqəbin ülfətin,

Çox çəkirəm sənin çünki möhnətin,

Çünkü bilmiş ağlamağın ləzzətin,

Qoy ağlasın, yana-yana gözlərin.

Aşıq Pəri

Təbib olan, yarə bağlamaq ilə,

Eşq oduna cigər bağlamaq ilə,

Kim vayə çatıbdır ağlamag ilə,

Bicay yerdə doydu cana gözlərin.

Mirzəcan:

Əqlimi itirib, zayil olmuşam,

Dərdindən başlayıb, sayil olmuşam,

Aləm bilir sənə mayil olmuşam,

Od salıbdır Maralyana gözlərin.

Aşıq Pəri:

Eşqin məstliyinden ayıl deyiləm,

Hər nə ki danışsan, qayıl deyiləm,

Leyli sifət, sənə mayil deyiləm,

Məcnun kimi, nə divanə gözlərin.

Paşa Əsədov,

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …