Albaniya elmində inqilab; erməni – qıpçakcası

GADTB: Bəxtiyar Tuncayın 2010-cu ildə nəşr etdirdiyi “Qafqaz albanlarının dili və ədəbiyyatı” monoqrafiyasının işıq üzü görməsindən sonra dəyişdi. Daha sonra eyni müəllifin Qırğızıstanın paytaxtı Bişkekdə rus dilində işıq üzü görən “Qafqaz albanlarının yazılı irsi” monoqrafiyasının I cildi nəşr edildi (2014) və elm aləmi, nəhayət ki, Mxitar Qoşun ana dilində yazdığı “Törə Bitigi” (Qanunlar kitabı) adlı möhtəşəm kitabı, eləcə də Albaniya katalikosu Nersesin, Vanağanın, Kirakos Gəncəlinin, Yovhannes Sarğavağın və başqa alban müəlliflərinin dövrümüzədək alban türkcəsində (qarqar-qıpçaq dilində) yetişmiş əsərləri ilə orijinallarının dilində tanış olmaq imkanı qazandı.

Marqlıdır ki, bu gün, bir çox alban müəllifinin alban türkcəsində yazmış olduğu çox sayda əsərin elm aləminə məlum olmasından sonra, erməni müəlliflərindən bəziləri artıq albanlardan “azərbaycanlılar tərəfindən türkləşdirilmiş” “türkdilli ermənilər” kimi söz açmağa başlamışlar. Bu ideyanın əsas müəlliflərindən biri Erməni Memarlığının Tədqiqi Fondunun direktoru S. Karapetyandır. 1984 – 1987-ci illərdə Azərbaycanın Kür çayında solda yerləşən 300 civarında kəndini qarış-qarış gəzən və bu kəndlərdəki alban kilsələri və məzarlıqları haqqında müterial toplayan, təbii ki, onları “erməni sənət əsərləri” kimi təqdim edən S. Karapetyan Mirzəbəyli, Soltan Nuxa və Corlu kəndlərində üzərində alban türkcəsində yazılar olan qəbir daşlarına rast gəlmişdir. Bu barədə öz videobloqunda və erməni dilində dərc

etdirdiyi əsərlərində məlumat verən S. Karapetyan alban keşişi M. Barxudarovun “Albaniya və qonşuları” kitabına, 1915-ci ildə nəşr edilmiş “Qafqaz Təqvimi”nə, Azərbaycan Sovet Ensiklopediyasına istinad edərək, həmin ərazidə türkdilli ermənilərin yaşamış olduğunu bildirməkdədir. Erməni və Azərbaycan alimləri arasında ən qızğın diskus-

siya mövzularından biri də Azərbaycanın Zəngəzur bölgəsində mövcud olmuş Qafan Alban Məlikliyi ətrafında getməkdədir.

Erməni müəllifləri həmin dövləti “Sünik Erməni Çarlığı” kimi təqdim etməkdə, erməni-hay tarixinin bir parçası kimi gözdən keçirməkdə və Qafqaz Albaniyasına və albanlara heç bir aidiy-

yatının olmadığını iddia etməkdədirlər. Məsələn, A. Qaragözyanın fikrincə, “tarixi erməni (hay) vilayəti olan və ən qədim

zamanlardan ermənilərlə (haylarla) məskun olan Sünik erməni(hay) mənşəli Sisakyanların irsi vilayəti olmuşdur və Z. Bünyadovun arzusunun əksinə olaraq, heç vaxt Qafqaz Albaniyasının tərkibində olmamışdır”.

Bu məsələ o qədər böyük strateji önəm daşıyır ki, onun üzərində xususi durmağa ehtiyac var. Kitabın müəllifləri haqlı olaraq göstərirlər ki, Azərbaycan tarixinin öyrənilməmiş ağ ləkələrindən biri də X-XI əsrlərdə Qərbi Azərbaycan, daha dəqiq

desək, Zəngəzur ərazisində mövcud olmuş Qafan Alban (Azərbaycan) Məlikliyinin tarixi ilə bağlı mübahisəli məqamdır ki, bu boşluqdan istifadə etmiş ermənilər onun yerində uydurma bir

tarix, “Sünik erməni (hay) çarlığının tarixi”ni “inşa etməyi” və onu bütün dünyaya bu şəkildə qəbul etdirməyi bacarmışlar. İşin ən qəribə tərəfi isə budur ki, Azərbaycan alimlərinin də bir qismi bu saxtakarlığa uyaraq, öz əsərlərində erməni “tarixçi”-lərinə

istinad edərək, qondarma “Sünik çarlığından” söhbət açmaqda-

dırlar.

Müəlliflərin aşağıdakı fikirləri də böyük maraq doğurur:

“…“Sünik” adına yalnız və yalnız erməni tarixi mənbələrində rast gəlinir. Qədim fars mənbələrində sözügedən ərazinin adı “Sisakan” (Üç sak qəbiləsinin məskəni), ərəb və müsəlman mənbələrində isə həmin adın bir qədər təhrif olunmuş forması olan “Sisəcan” kimi çəkilir. Türk mənbələrində isə ərazi “Zəngəzur” adlanır. Təbii ki, X-XII əsrlərdə heç bir digər mənbədə “Sünik” adı keçməyib və keçə də bilməzdi. Orada və ətraf bölgələrdə hakim olan alban feodallarına isə “məlik” deyilirdi. Müsəlmanlar, yəni həm ərəblər, həm də türklər bu kəlmə-titul ilə müsəlman hökmdarlardan asılı şəkildə bu və ya digər ərazini idarə edən vassal xristian hakimlərini adlandırırdılar. İslamdan çox-çox öncələr isə “məlik” titulu samilər arasında müstəqil ölkənin başçısı, yəni “çar” mənasında işlənirdi. Ermənilər də bundan çıxış edərək, yəni “məlik” kəlməsini “çar” kimi tərcümə edərək, X-XII əsrlərdə Azərbaycanın Zəngəzur bölgəsində hakimiyyət sürmüş alban məliklərini “Sünik çarları” kimi təqdim etməkdə və bu azmış kimi, onların da guya erməni olduqlarını iddia etməkdədirlər. Həqiqət isə budur ki, tarixi mənbələrdə adı keçən sözügedən vassal alban inzibati ərazisi “Qafan Məlikliyi” adlanmaqdadır.

Məlikliyin başında bir vaxtlar Albaniya (Arran) hökmdarları olmuş Aranşahlar sülaləsinə mənsub Səhl ibn Sumbatın soyundan olan məliklər durmaqdaydılar. Əslində Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs elə Səhl ibn Sumbatın özü olmuşdur. Və o bu titula Babəki müsəlmanlara təslim etdiyinə görə yiyələnmişdi. Məlumat üçün bildirək ki, ərəblər, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün monofizit xristianları, o cümlədən arami, hay və albanları “erməni” adlandırırdılar. Bu ənənə sonrakı dövrlərdə hakim olan müsəlman türk sülalərinin zamanında da davam etmişdir. Elə bu səbəbdən də ərəb mənbələrində Səhl ibn Sumbat bəzən “arranlı”, yəni alban, bəzən isə “erməni” adlandırılır. Təbii ki, birinci halda onun etnik mənsubiyyəti, ikinci halda isə dini mənsubiyyəti göz önündə tutulmaqdaydı. Mənbələrin bəzisində Səhlin “erməni” kimi yad edilməsini əldə əsas tutan

erməni-hay tarixçiləri həm onu, həm də onun soyundan olan bütün məliklərin, o cümlədən Qafan məliklərinin erməni, yəni hay olduqlarını iddia etməkdədirlər”.

Beləliklə, erməni-hay tarixçiləri orta əsrlərdə monofizit anlamında işlədilən “erməni” kəlməsi ilə manipulyasiya edərək, bütün monofizit xalqların, ilk növbədə də albanların tarixini və mədəni mirasını mənimsəyərək, özlərinə saxta bir “tarix” və  “mədəniyyət” inşa etmişlər. Bu “tarix”ə istinad edərək, əski alban ərazilərini erməni-hay əraziləri elan etmiş və özlərinin işğalçılıq siyasətini bununla əsaslandırmışlar və əsaslandırmaqda da

davam edirlər.

Bu fakt albanların, o cümlədən Qafan, Xaçın və ümumilikdə Qarabağ məlikliklərinin tarixinin, mədəniyyətinin və etnik yapısının dərindən tədqiq etməyin nə qədər aktual və strateji məsələ

olduğunu sübut edir.

Çox sevindirici haldır ki, “Qafan Alban Məlikliyi” kitabının müəllifləri ortaya olduqca maraqlı bir tədqiqat əsəri qoya və irəli sürdükləri bütün tezisləri təkzibedilməz faktlar əsasında sübut

edə biliblər.

Firudin Ağasıoğlu

Filologiya Elmləri

Doktoru və Professor.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …