Cümə axşamı , Dekabr 2 2021
azfa

Albaniya haqqdaki ən düzgün nəzəriyyər

GADTB: Azərbaycanda “Albanların qafqazdilli olması” ideyasının ən qızğın tərəfdarı mərhum Voroşil Qukasyan idi. Milliyyətcə udin olan bu alimin də sırf etnik təəssübkeşlikdən çıxış etdiyi və daha çox Abuladzenin əlifbası üzərində durduğu məlumdur. Lakin o, tək deyildi. Bu gün də bu iddiada olan Azərbaycan alimləri az deyil. Bu halda isə, əlbəttə ki, söhbət kəm savadlıqdan və bu iddianın arxasında duran siyasi hədəfləri anlamamaqdan, başqa sözlə, siyasi nadanlıqdan getməlidir. Çox təəssüflər olsun ki, belələrindən biri də Fəridə xanım Məmmədovadır.

Gözəl tarixçi, albanşünas və ermənişünas olmasına rəğmən, türkologiya sahəsində yetərli biliklərə sahib olmayan bu alimin səhv etdiyini, əlbəttə ki, üzə çıxardığımız alban əlyazmaları bütünlüklə sübut etməkdədir.

Əldə olan əlyazmalar həm alban dili məsələsinə, həm də alban əlifbası ilə bağlı suallara tam və birmənalı cavab verməkdədir. Yeri gəlmişkən qeyd edək ki, erməni və alban əlifbaları eyni mənşəli olsalar da, yazılış xətt və üslubuna görə bir-birindən fərqlənirlər.

Yəni hərflər eyni olsa da, xəttlər fərqlidir. Ermənilər “bolorqir” və “notrqir” adlandırdıqları bu iki xətti erməni yazısının iki fərqli xətti kimi təqdim edirlər. Gerçək isə budur ki, “bolorqir” ermənilərə, “notrqir” isə albanlara məxsusdur. Yəni əldə olan bütün alban mətnləri məhz “notrqir”lə yazılmışdır. Albanlar hətta erməni dilində yazanda da öz xətlərindən (əlifbalarından) istifadə etmişlər.

Odur ki, “notrqir”-lə yazılmış bütün mətnlərin, o cümlədən ermənidilli mətnlərin müəlliflərinin məhz albanlar olduğunu tərəddüd etmədən söyləmək olar. Albanlar heç vaxt “bolorqir”dən istifadə etməmişlər. “Bolorqir”lə yazılmış mətnlərin müəllifi, şübhəsiz ki, ermənilərdir. Əlbəttə, bəzi hallarda, ola bilsin ki, kiçik istisnalar olmuşdur, fəqət bu bir o qədər də böyük önəm daşımır.

İndisə Maştotsun əlifbasının qəbulundan öncə albanların istifadə etdikləri yazının hansı əlifba ilə ola biləcəyi məsələsinin üzərinə qaydaq.

Nəzərə alsaq ki, Vaçaqan və ondan öncəki Albaniya hökmdarları Arsak sülaləsindən idilər və kökləri Parfiya Arsaklarına uzanırdı və Parfiyada isə 22 hərfli arami yazısından istifadə olunurdu, eləcə də Əməniyyə məliyi Artaşesin (e.ə. l əsr) dövrümüzədk ulaşan, türkcə yazıldığı anlaşılan və görkəmli dilçi alimimiz

Firidun Ağasıoğlu tərəfindən oxunan kitabəsi də (söhbət sərhəd daşları üzərindəki yazılardan gedir) eyni əlifba ilə yazılmışdı, söhbətin məhz arami əlifbasından getdiyini düşünmək olar. Ehtimal ki, parfiyalılar bu əlifbanı midiyalılardan əxz etmişdilər. Çünki Güney Azərbaycandan Midiya dövrünə aid, üzərində arami yazıları olan, fəqət aramicə oxuna bilinməyən bir neçə vaza tapılmışdır. Mütəxissislərin bəzisi həmin yazıların midiyalılara aid olduğunu ehtimal edirlər.

Sasanilər də eyni əlifbanı parfiyalılardan əxz edərək öz dillərinə uyğunlaşdırmış- dılar və onların imperiyasında orta fars (tat) dili ilə yanaşı arami dili də dövlət dili hesab olunurdu və hər iki dilin əlifbası eyni idi. Orta fars (tat) dilində o dövrdə “l” və “f” səsləri olmadığından Sasani əlifbası 22 yox, 20 hərfli idi. Eyni əlifbanın Xəzər xaqanlığında da əsas əlifbalardan biri olduğunu söyləmək üçün əldə ciddi əsaslar var. Fəxrəddin Mübarəkşah Mərvərrudinin yazdığına görə, xəzərlərin əlifbası 22 hərfdən ibarətdir, sağdan sola yazılır və hərflər bitişmir.

Bu halda söhbətin bilavasitə arami əlifbasından getdiyi heç bir şübhə

oyatmır. Məsələ burasındadır ki,

xəzərlərin yəhudiliyi qəbul etmiş his-

səsinin birbaşa davamı hesab edilən

krımçaklar XX əsrin əvvəllərinə qə-

dər bu əlifbadan istifadə etmiş və bu

əlifba ilə çox sayda ədəbi və dini əsər

yaratmışlar. Maraqlıdır ki, krımçak

türkcəsi yazılı materialının tədqiqi bu

dilin alban (qıpçaq-qarqar) dili ilə,

şivə fərqi diqqətə alınmazsa, demək

olar ki, eyni olduğunu, fəqət oğuz

türkcəsinin daha çox təsirinə məruz

qaldığını söyləməyə əsas verir. Bu

dil qıpçaq mənşəli hesab edilsə də,

onun oğuz-qıpçaq şivələrindən biri

olduğunu tam əminliklə söyləmək

olar.

Bu baxımdan “Aşıq Qərib” dastanının krımçak variantının dili deyilənlərə ən gözəl misaldır:

“Aşıx Ğaripınq masalı və türkisi beyan.

Zaman yılınq bır zamanında Tavriz şeərində bır əxtiyar var əmış. O əxtiyar adamnınq bır xarısı, bır xızı və bır oğılı var əmış. Xarısınınq adı Xanzoxra, xızınınq adı Gülüxan, oğılınınq adı Aşıx Ğarip. Bu əxtiyar adam anistan bır kefsızlıkke oğrayır, arası çıxxa barmayır, bu əxtiyar adam öliyır. Xalıyır xarısı, xızı və oğılı. Bu

oğılan Aşıx Ğarip dedıklərı qəndı baxar əmış, qayət bexsun əmış. Bu Aşıx Ğaripnınq düşınə bır gecə ax saxallı adam geliyr, diyır ki: “Oğılım, kimə nışanlaçaxsınq, kımınq xısmetısınq?” Aşıx Ğarip də diyır “Bılmiyıram””.

Çağdaş Azərbaycan türkcəcində:

“Aşıq Qəribin məsəli və türküsünün bəyanı. Ötən illərin birində Təbriz şəhərində bir ixtiyar qoca varmış. O

ixtiyar adamın bir qarısı, bir qızı və bir oğlu varmış. Qarısının adı Xanzöhrə, qızının adı Gülüxan, oğlunun adı Aşıq Qərib idi. Bu ixtiyar adam anidən bir kefsizliyə uğrayır, … bu ixtiyar ölür. Qalır

qarısı, qızı və oğlu… Bu Aşıq Qəribin bir gecə yuxusuna bi ağ saqqallı adam girir və deyir: “Oğlum, kimə nişanlanacağını, kimin qisməti olduğunu bilirsənmi?” Aşıq Qərib də deyir: “Bilmirəm”.

Bəxtiyar Tuncay,

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …